Vaxt.Az

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür


 

Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1918-ci ilin mart qırğınlarından 104 il ötür

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür 104 il əvvəl Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti”nin daşnak-bolşevik hərbi qüvvələrinin müsəlman azərbaycanlıların “sovet hakimiyyətinə qarşı çıxması” bəhanəsi ilə Bakıda və ətraf kəndlərdə, eləcə də daha sonra Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda, Qarabağın azərbaycanlı kəndlərində törətdiyi qırğınlarda minlərlə insan – müsəlman-türklər, habelə digər millətlərdən olanlar (ləzgilər, talışlar və s.) qətlə yetirilmişdi.

1918-ci il qırğınlarının ən qanlısı martın 31-də Bakıda yaşanmışdı. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuş, şəhərin bir hissəsini xarabalığa çevirmişdilər...

Prezident Heydər Əliyev 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda bu acı hadisələrə və ümumilikdə XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiyaya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib. Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə həyata keçirilmiş qətliamlar, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində davam etməsi təhlil olunub. Fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

 





31.03.2022    çap et  çap et