“Bu gecə biz Beynəlxalq Qızıl Xaç Komitəsindən Rusiya Federasiyasının humanitar karvan üçün Berdyansk şəhərindən tranzitlə Mariupol şəhərinə girişi açmağa hazır olduğu barədə mesaj aldıq. Biz Mariupol dəhlizinə 45 avtobus göndəririk”, - deyə o “Telegram” kanalında yayımlanan videoda bildirib.
Rusiyanın hərbi rəsmiləri humanitar dəhlizin açılması üçün martın 31-i saat 07:00-dan etibarən atəşkəs rejiminə riayət etməyə hazır olduqlarını bildirib. Lakin bundan əvvəlki bir neçə oxşar razılaşma həyata keçirilməyib.
Qızıl Xaç Cəmiyyətinin martın 31-də yaydığı bəyanatda deyilib ki, təşkilat hələ də Mariupolda qalanlara yardım gətirəcək və şəhərdən çıxmaları üçün nəqliyyatla təmin edəcək.
“Bütün tərəflər dəqiq şərtlərlə razılaşmalıdırlar. Bu əməliyyat kritikdir. On minlərlə insan bundan asılıdır” təşkilatın “Twitter” səhifəsində deyilib.
Müharibədən əvvəl təxminən 430 min insanın yaşadığı cənub liman şəhərində həftələrdir intensiv döyüşlər gedir. Rusiya doğum evlərinə, yanğınsöndürmə bölmələrinə, mədəniyyət obyektlərinə və mülki evlərə zərbələr endirir.
On minlərlə mülki vətəndaşın elektrik enerjisi olmayan, ərzaq və suyun həddindən artıq məhdud olan şəhərdə sıxışıb qaldığı bildirilir.
Ukrayna hökumətinin dediyinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi yardım anbarının damında Qızıl Xaç simvolunun olmasına baxmayaraq, martın 30-da Rusiyanın hava hücumuna məruz qalıb.