Bu il həmçinin Qarabağa yardım ayrılmayıb. Ötən il bu məqsədlərə 2 milyon dolların ayrıldığı xəbər verilirdi.
ABŞ-ın yardımının azalması erməni diasporunun üzvləri tərəfindən narazılıqla qarşılanıb, bu barədə Erməni Milli Komitəsinin (ANCA) nümayəndəsi bildirib.
“Amerika Erməni Milli Komitəsi (ANCA) məyusdur ki, Co Bayden (Joe Biden) administrasiyasının 2023-cü il üçün büdcə layihəsi Ermənistana yenidən 24 milyon dollar yardım təklif edir, bununla yanaşı Dağlıq Qarabağı heç dəstək verilmir. Bu yanlış siqnaldır”, - martın 29-da Elizabet Çuldjiyan (Elizabeth Chouldjian) mediaya bildirib.
ABŞ növbəti ildə Azərbaycana 9,7 milyon dollar ayırmağı planlaşdırır. Bu, rəqəm bir neçə ildir ki, təxminən eyni səviyyədə qalır.