Müstəqil Levada Mərkəzinin martın 30-da açıqladığı rəy sorğusu nəticələrindən bəlli olub ki, respondentlərin 80 faizindən çoxu Putinin hərəkətlərini dəstəkləyir.
Levada bundan əvvəlki sorğunu fevralın 24-də Ukraynaya müdaxilənin ilk günündə keçirmişdi.
İki sorğunun nəticələri Putinə dəstəyin bir ayda 71 faizdən 83 faizə yüksəldiyini göstərib.
İkinci sorğu isə Rusiya boyunca 1632 respondentlə üz-üzə keçirilib.
Bu sorğunun göstəriciləri dövlət tərəfindən maliyyələşdirilən başqa rəy sorğusu qruplarının nəticələrinə uyğun gəlir.
Həmin sorğularda Putinə dəstək 80 faizdir.
Levada Rusiyanın ən təcrübəli və reputasiyalı rəy sorğusu mərkəzlərindən biridir.
Buna baxmayaraq mərkəzə 2016-cı ildən “xarici agent” statusu verilib.