Vaxt.Az

Gecə 3-də Avropada belə spirtli içki verilmir


 

“Pub”larda təhlükəsizlik qaydalarına əməl edilmir

Gecə 3-də Avropada belə spirtli içki verilmir “Location” gecə klubunda partlayış nəticəsində 1 nəfərin öldüyü, 31 nəfərin yaralandığı bildirilir. Yaralanan 6 nəfərin vəziyyətinin ağır olduğu deyilir. Hadisə gecədən sonra, səhər saat 03:00 də baş verib. Partlayışa səbəb maye qaz balonun olduğu deyilir.

Bəs Bakının mərkəzində niyə qaz balonu istifadə edilir?

Çünki bizim təhlükəsizlik qaydalarına görə kommersiya obyektlərinə təbii qazın istifadəsi  qadağandır. Mətbəxin elektrik enerjisi ilə idarə olunması daha baha başa gəldiyi üçün, kafe-restoranlar balona üstünlük verirlər. Təcrübə göstərir ki, qaz balonun partlayışı daha ağır nəticələnir. Ona görə də, kommersiya obyektlərində ya birdəfəlik qazın istənilən növündən istifadəsinə qadağa qoyulmalıdır, ya da ki, təbii qaza icazə verib, ən müasir avadanlıqlardan istifadə tələbi qoyulmalıdlr. Loru dilində desək, qaz sızıntısını xəbər verən, sızıntı zamanı qazı avtomatik söndürən detekter və siqnal cihazları quraşdırılmalıdır.

Bir də ki, “pub” və kafelərdə spirtli içkilərin satışına vaxt məhdudiyyəti qoyulmalıdır. Gecə (səhər) saat 03:00 də hətta Avropa paytaxtlarında spirtli içki verilmir. Cümə və şənbə axşamları maksimim saat 00:00-a kimi spirtli içkilər satılır. “Pub”ın gecə işləməsi, səhərə kimi spirtlə təmin olunması anlamına gəlməməməlidir. Hətta 5 ulduzlu otellərin “pub”ında gecə saat 00:00 dan sonra, spirtli içkilər yalnız nömrələrə servis olunur.

 





03.04.2022    çap et  çap et