Vaxt.Az

7 nəfər reanimasiyadadır


 

Xəsarət alanlardan 2-si xarici vətəndaşdır

7 nəfər reanimasiyadadır Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu gün, aprelin 3-də Bakıda baş verən partlayışla bağlı birgə məlumat yayıblar.

Bu məlumatda da qeyd edilir ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib: “Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.”

Açıqlamaya görə, xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıblar:

“Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir. Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir”.

 





03.04.2022    çap et  çap et