Bu barədə Ağ Evə istinadla “The New York Times” xəbər verir. Məlumata görə, Vaşinqton Ukrayna prezidenti Vladimir Zelenskinin xahişindən sonra vasitəçilik etmək qərarına gəlib. Yaxın vaxtlarda Ukrayna hərbçilərinin idarə edə biləcəyi tankların tədarükünə başlanılacağı bildirilir.
Ukraynaya nə qədər avadanlığın daşınacağı və hansı ölkələrdən veriləcəyi barədə məlumatlar açıqlanmır.
Qəzet qeyd edir ki, silahlanma Ukrayna hərbçilərinə Donbasdakı Rusiya obyektlərinə zərbələr endirməyə imkan verəcək.
Kütləvi İnformasiya Vasitələri yazırlar ki, tankların gəlişi beş həftəyə yaxın vaxt apara bilər. Həm də bu Rusiya ordusunun Ukrayna hərbi obyektlərinə və şəhərlərinə havadan hücumlar etdiyi müharibənin yeni mərhələsinin daha bir əlaməti ola bilər.