- Fatih Terim və siz futbolumuzun «iki bilicisi»siniz. Amma nə işləyərkən, nə də işsiz olarkən nəyimizin əskik olduğunu çıxıb deyə bilirsiniz. Futbolumuzun düşdüyü mühit ikinizin də qarşısını alır. İndi uzaqdasınız, belə olan halda əskikləri deyə bilərsiniz?
- Bu suala cavab vermək üçün Mustafa Dənizli olmağa ehtiyac yoxdu. Futbolu sevən, izləyən hər kəs bu suala cavab verə bilər. Hazırda pis bir futbol mühitindəyik. Super Liqada həm çox səviyyəli, həm də çox səviyyəsiz matçlar baş tutur. Balans olmadığı üçün hər kəs manyaka çevrilir. Türkiyədə hər kəs futbolu çox sevir. Futbol yayıldıqca rəqabət İstanbulda qaldı. Digər şəhərlər derbilərini itirdi. Derbilər bir yerə toplaşınca insanlar da orda qaldı.
Türkiyə futboldakı ayrımı 90-cı illərin sonunda yaşamağa başladı. Həmin vaxt mən milli komandadının başında idim. Türkiyə futbol tarixinin ən önəmli matçlarını İstanbuldan kənarda oynadım. Buna görə axmaqam? Burda hər şey yüksək səviyyədədi: azarkeşlərin çoxluğu, klub fanatlarının dəstəyi ən yüksək səviyyədə, 3 böyüklərin tərəfdarları divarları belə dağıdır... Amma klub azarkeşlərinin dəstəyini milli matçlarda görmürəm. Dolayısyla matçları İstanbuldan kənarda keçirməli oldum. Bütün diqqətini milli komandaya ayıran federasiya İstanbulda stadion seçə bilmirdi. Belə şey ola bilərmi:
- Türkiyədə komanda çalışdırarkən əcnəbi məşqçilərin sahib olduğu üstünlüklərdən yararlana bilmirsiniz. Digər tərəfdən legioner məşqçilər üçün «kisənin ağzını açan» klublar sizlərə qarşı eyni mövqeyi sərgiləmir. Yəqin ki, işiniz çətin olur...
- Baş məşqçilərin vəzifəsi bəllidi. Klubda və ya milli komandada hər şey eynidi. Türk futbolu ilə bağlı düşüncələrim var. Biz futbola əmək veririk. Amma futbolu planlaşdırmaq bizim işimiz deyil. Burdan federasiyanı ittiham edim? Fatih Terim kənardan gördüyü əskikləri deyirdi. İndi isə onları aradan qaldırmaq imkanı var. Azərbaycana 2,5 ay əvvəl gəlmişəm. Ötən həftə AFFA məni bir toplantıya çağırdı. Amma Türkiyədə 25 ildə federasiya bir dəfə mənim fikrimi soruşmadı. Yəqin ki, ağıllarına gəlməyib. Bizdə həmişə federasiya millinin qazandığı nəticələrlə, klublar əldə etdikləri kuboklarla hərəkət edir. Allahın bir bəndəsi «birlikdə bir ideya hazırlayaq» demədi. İndi federasiyaya «niyə mənim fikrimi soruşmursuz» deyim?
- Milli komandanın Avropa çempionatının seçmə mərhələsində şansı nə qədərdi?
- Püşkün nəticəsi yaxşıdı. Bu qrupda bizim birincilik şansımızın nə qədər olduğunu Hollandiyanın dünya çempionatındakı performasıyla ilə görəcəyik. Hollandiyanı udsaydıq, bəlkə də dünya çempionatına gedəcəkdik. Biz Türkiyə olaraq varsaq, rəqibin kimliyi önəmli deyil. Türkiyə özü kimi olarsa, bu qrupdan çıxar. AVRO-2016-ya ikinci pillənin sahibləri də birbaşa vəsiqə qazanacaq. Bu işimizi asanlaşdırır. Hollandiyadan başqa digər komandaları keçə biləcəyimizi düşünürəm. Sadəcə İslandiya bizimlə mübarizə apara bilər.