Vaxt.Az

Pakistan seçim qarşısında


 

Generallar Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağın tərəfdarıdır

Pakistan seçim qarşısında Pakistanın baş naziri İmran Xan növbədənkənar parlament seçkilərinin keçirilməsi məqsədilə hökuməti istefaya göndərib. Koalision hökumətin istefasının İslamabadın xarici siyasəti ilə bağlılığı var.

İmran Xan fevralın 24-də Rusiyaya səfər edərək bu ölkənin prezidenti Vladimir Putinlə görüşmüşdü. Bu Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başladığı gündür. Pakistanda İmran Xanın səfərini tənqid edənlərin sayı çoxalıb. İmran Xan Rusiyaya səfərinin Ukraynaya qarşı işğalçı müharibəyə başlayacağı günə təsadüf edəcəyini bilsəydi böyük ehtimalla bu səfəri təxirə salardı.

İmran Xanın Rusiyaya səfəri müxalifətin ona qarşı təzyiqinin artmasına səbəb olub. Pakistan parlamentində İmran Xanın baş nazir vəzifəsindən uzaqlaşdırılması məqsədilə səsvermə planlaşdırılırdı. Koalision hökumətdən ayrılanlar oldu. Bu İmran Xanın baş nazir kreslosunu itirilməsinə yol açırdı. İmran Xan parlamentdə özü üçün mənfi nəticə ilə üzləşməmək üçün hadisələri qabaqlamağa üstünlük verdi. İmran Xan özü hökuməti buraxaraq erkən parlament seçkiləri təyin etdi. Yəni səsverməyə ehtiyac qalmadı. Yeni seçkiyə qədər isə İmran Xan vəzifəsini icra edəcək. Bu İmran Xana imkan verəcək ki, seçkiyə yaxşı hazırlaşa bilsin.

İmran Xanın bu qərarı parlament müxalifətinin etirazına səbəb olub. Müxalifət hesab edir ki, İmran Xan səsverməni əngəlləməklə Konstitusiyanı pozub. Müxalifət məsələyə hüquqi qiymət vermək üçün Ali Məhkəməyə müraciət edib.

Bu arada, İmran Xan ona qarşı təxribatın hazırlandığı qənaətindədir. Təxribatın ünvanı kimi isə Vaşinqton göstərilir. Ağ Ev İmran Xanın xarici siyasətindən narazıdır. Birincisi, İmran Xan Çinlə ənənəvi müttəfiqlik siyasətini genişləndirir. İkincisi, İmran Xan Rusiya ilə ortaq layihələrə maraq göstərir. Bütün bunlar Vaşinqtonun xoşuna gəlmir. İmran Xanın fikrincə, hökumət koalisiyasının dağılmasının arxasında Vaşinqtonun siyasəti dayanır.  ABŞ-ın Pakistandakı səfiri Ancella Aqeller Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz bildirilib. Pakistan kəşfiyyatı hətta baş nazirə qarşı qətl planı hazırlandığını açıqlayıb. 

ABŞ bütün bu iddiaları təkzib edib. Pakistanın özündə xarici siyasətdə Çinə və Rusiyaya birtərəfli üstünlüyün yanlış olduğunu vurğulayırlar. Əlbəttə, ABŞ-ın Hindistanla sıx əlaqələri Pakistandakı siyasi dairələrin xoşuna gəlmir. Ancaq Pakistanın ABŞ-la ənənəvi əlaqələri mövcud olub və Rusiya ilə Çinin xeyrinə bu əlaqələrdən imtinanın yanlış olduğunu söyləyənlər var. Pakistan müxalifəti Rusiyanın Ukraynadakı apardığı işğalçı müharibəni və son qətliamları pisləyərək İslamabadın Kremllə strateji tərəfdaşlığa çalışmasını yanlış adlandırırlar. Pakistanın ordu generalları da Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağın tərəfdarıdırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

Pakistanın baş naziri İmran Xan növbədənkənar parlament seçkilərinin keçirilməsi məqsədilə hökuməti istefaya göndərib. Koalisyon hökümətin istefasının İslamabadın xarici siyasəti ilə bağlılığı var.

İmran Xan fevralın 24-də Rusiyaya səfər edərək bu ölkənin prezidenti Vladimir Putinlə görüşmüşdü. Bu Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başladığı gündür. Pakistanda İmran Xanın səfərini tənqid edənlərin sayı çoxalıb. İmran Xan Rusiyaya səfərinin Ukraynaya qarşı işğalçı müharibəyə başlayacağı günə təsadüf edəcəyini bilsəydi böyük ehtimalla bu səfəri təxirə salardı.

İmran Xanın Rusiyaya səfəri müxalifətin ona qarşı təzyiqinin artmasına səbəb olub. Pakistan parlamentində İmran Xanın baş nazir vəzifəsindən uzaqlaşdırılması məqsədilə səsvermə planlaşdırılırdı. Koalisyon hökumətdən ayrılanlar oldu. Bu İmran Xanın baş nazir kreslosunu itirilməsinə yol açırdı. İmran Xan parlamentdə özü üçün mənfi nəticə ilə üzləşməmək üçün hadisələri qabaqlamağa üstünlük verdi. İmran Xan özü hökuməti buraxaraq erkən parlament seçkiləri təyin etdi. Yəni səsverməyə ehtiyac qalmadı. Yeni seçkiyə qədər isə İmran Xan vəzifəsini icra edəcək. Bu İmran Xana imkan verəcək ki, seçkiyə yaxşı hazırlaşa bilsin.

İmran Xanın bu qərarı parlament müxalifətinin etirazına səbəb olub. Müxalifət hesab edir ki, İmran Xan səsverməni əngəlləməklə Konstitusiyanı pozub. Müxalifət məsələyə hüquqi qiymət vermək üçün Ali Məhkəməyə müraciət edib.

Bu arada, İmran Xan ona qarşı təxribatın hazırlandığı qənaətindədir. Təxribatın ünvanı kimi isə Vaşinqton göstərilir. Ağ Ev İmran Xanın xarici siyasətindən narazıdır. Birincisi, İmran Xan Çinlə ənənəvi müttəfiqliq siyasətini genişləndirir. İkincisi, İmran Xan Rusiya ilə ortaq layihələrə maraq göstərir. Bütün bunlar Vaşinqtonun xoşuna gəlmir. İmran Xanın fikrincə, hökumət koalisiyasının dağılmasının arxasında Vaşinqtonun siyasəti dayanır.  ABŞ-ın Pakistandakı səfiri Ancella Aqeller Xarici İşlər Nazirliyinə çağrılaraq ona etiraz bildirilib. Pakistan kəşfiyyatı hətta baş nazirə qarşı qətl planı hazırlandığını açıqlayıb. 

ABŞ bütün bu iddiları təkzib edib. Pakistanın özündə xarici siyasətdə Çinə və Rusiyaya birtərəfli üstünlüyün yanlış olduğunu vurğulayırlar. Əlbəttə, ABŞ-ın Hindistanla sıx əlaqələri Pakistandakı siyasi dairələrin xoşuna gəlmir. Ancaq Pakistanın ABŞ-la ənənəvi əlaqələri mövcud olub və Rusiya ilə Çinin xeyrinə bu əlaqələrdən imtinanın yanlış olduğunu söyləyənlər var. Pakistan müxalifəti Rusiyanın Ukraynadakı aparıdığı işğalçı müharibəni və son qətliamları pisləyərək İslamabadın Kremllə strateji tərəfdaşlığa çalışmasını yanlış adlandırırlar. Pakistanın ordu generalları da Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağın tərəfdarıdırlar.

 





04.04.2022    çap et  çap et