Vaxt.Az

Katından Buçaya qədər ...


 

İkincini törədənlər, birincinin səbəbkarının nəvələridir

Katından Buçaya qədər ... 1940-ın aprel ayı Katın meşəsi, Smolensk vilayəti, Rusiya. Stalinin əmri ilə 22 min polyakın öldürülməsinə başladılar. Beriyanın məsul olduğu bu vəhşət 28 gecə davam etdi.

Sovet tarixi bu soyqırımı gizlətdi. Rusiya inkar etməyə çalışdı. Hələ də bu insanlıq suçuna tarixi qiymət verməyib ruslar.

Bu gün Ukraynada baş verənlər, İrpen, Hostomel, Buça, Mariupol və  onlarla başqa şəhər və qəsəbələrdə törədilən cinayətlər

Katını bilənlərə təəccüblü gəlməməlidir.

Yaxşı, Katından 82 il keçib.

Deyək ki, Katını (Катынь) bilmirsiz, Babiy Yar (Бабий Яр) haqda məlumatsız, Sandormax (Сандармох) haqda eşitməyibsiz, nə Baturin (Батурин) bilirsiz nə də Bıkovnya (Быковня).

Bəs bu günün Ukraynası?

Axı bu ölkənin başına açılanlara şahidlik edir, gecə-gündüz bu gözəl insanların başına açılanlardan xəbərdarsınız. İçinizdə hələ də baş verənlərə Kremlin pəncərəsindən baxanlar var.

İstədim onlara deyim ki, İrpen, Hostomel, Buça, Mariupol vəhşətləri Katının davamıdır.

İstədim onlara deyim ki, bunları törədənlər Katını törədənlərin uşaqları və nəvələridir.

 





04.04.2022    çap et  çap et