Bu proqrama əsasən, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə birbaşa təhlükə yarandıqda onun iştirakçıları NATO-ya üzv ölkələrlə məsləhətləşə bilərlər.
Lakin Ermənistanın timsalında vəziyyət çox simptomatik görünür, çünki kömək üçün Qərbin hərbi-siyasi blokuna müraciət edən bir KTMT üzvüdür.
Bundan başqa Ermənistan Moskvada strateji müttəfiq kimi qəbul edilir və İrəvanın özü də Putinlə söhbətlərində Ermənistan və Rusiyanın tərəfdaş və müttəfiq olduğunu hər fürsətdə dilə gətirir.
Bir sözlə, İrəvan Moskvaya arxadan daha bir zərbə vurdu. Həm də Rusiya ilə NATO arasında münasibətlərin soyuq müharibə səviyyəsinə çatdığı bir vaxtda.