- Ana, Arestoviçə qulaq asırsan?
- Bəzən.
- Həmişə qulaq as, birdən deyər ki, evinizə qayıda bilərsiniz, bizim isə xəbərimiz olmaz.
***
- Ana, sərhədi təkbaşına keçən oğlan haradadır? Onu tapıb, yanımıza götürək, tək qorxur axı.
***
- Ana, Putinin daha neçə bombası qalıb?
***
- Ana, evimizi bombalasa, oradan leqomu çıxarmaq olar?
***
- Ana, əgər Allah Putini öldürmürsə, onda Allah bizdən inciyib?
***
- Ana, yaxşı ki, məktəbimizi səhər tezdən bombaladılar, yoxsa uşaqlar məktəbdə olacaqdılar.
***
- Ana, bombalara baxma, gəl Kiyevə qayıdaq.
***
- Ana, rus uşaqları müharibəyə baxırlarmı? Bizə yazıqları gəlirmi?
***
- Ana, sən deyirdin ki, uşaqların arzuları həyata keçir. Ancaq mənimkilər gerçəkləşmədilər. Bəlkə mən böyümüşəm?
***
- Ana, müharibə uzun olsa atam bizi unutmaz ki?