Modern.az xəbər verir ki, qarşılıqlı anlaşma və işgüzar şəraitdə keçən görüşdə Qarabağ qazilərinin problemləri və onların həlli yolları ətraflı müzakirə edilib.
Azərbaycan dövlətinin, onun rəhbəri cənab İlham Əliyevin daima Qarabağ əlillərinə, Şəhid ailələrinə diqqət və qayğı göstərdiyini vurğulayan H.Abutalıbov Qarabağ qazilərinin problemlərinin həllinə həmişə həssas yanaşdığını, bundan sonra da Bakı meriyasına aid olan məsələlərin həlli üçün əlindən gələni edəcəyini deyib.
Görüşdə Bakı Şəhəri İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev və Bakı Şəhəri İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zaur Ramazanov da iştirak edib.