O, Rusiyanın təbii qazın haqqının yalnız rus rubl ilə ödənməsi barədə bəyanatının Rusiya Federasiyasından tədarükün kəskin şəkildə azaldılmalı olması zərurətindən xəbər verdiyini və onlara artıq etibar etməyin mümkün olmadığını deyib.
“Əgər Rusiyadan tədarüklərə etibarla bağlı hansısa şübhələr var idisə, bu kimi hallar açıq şəkildə göstərir ki, artıq onlara etibar göstəmək mümkün deyil. Enerji təhlükəsizliyi baxımından ikinci LNG terminalının tikintisi məsələsini mütləq həll etmək lazımdır. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır” - deyə, Bariss bildirib.
O qeyd edib ki, hazırda İnçukalns qaz anbarında bu dövr üçün qeyri-adi həcmdə - 7,6 teravatt-saat qaz var. Bu isə demək olar ki, Latviya və Litvanın qış aylarında birlikdə istehlak etdiyi qədərdir. Bu il İnçukalns qaz anbarı yükləmə mövsümünə artıq fevralın 26-da başlayıb ki, bu da həmişəkindən xeyli tezdir.
Litva Rusiya qazını idxal etməkdən aprelin 1-dən imtina edərək, belə bir qərarı rəsmi olaraq elan edən ilk Avropa İttifaqı ölkəsidir.
Avropada Rusiya qazından imtina məsələsi fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra fəal müzakirə olunmağa başlayıb. Martın sonunda Böyük Yeddilər (G7) qrupuna daxil olan ölkələr “Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq üçün əlavə addımlar atdıqlarını” bildirib və qaz və neft hasil edən digər ölkələri “məsuliyyətli davranmağa və beynəlxalq bazarlara tədarükləri artırmağa” çağırıb.
“G7” liderləri həmçinin Rusiya yanacağından asılılığını azaltmaq istəyən digər ölkələri dəstəkləyəcəklərini bildirib.
Avropa təbii qazın 40 faizdən çoxunu Rusiyadan alır. Almaniya Rusiya qazından ən çox asılı olan ölkədir - yanacağın 50 faizdən çoxu ölkəyə Rusiya Federasiyasından gəlir.