Təsəvvür edin alman faşistləri Ukraynanı tutanda kütləvi məzarlığı tapır və ictiamiləşdirirlər. Sovet hökuməti deyir biz eləməmişik.
Müharibə qurtarandan sonra isə tez-tələsik 140 nəfərin qətl edildiyi Xatın kəndindəki faciənin təbliğinə başlayırlar, baxmayaraq ki, Belarusun başqa kəndlərində faşistlər daha çox adam qırmışdı. Bəs niyə məhz Xatın? Çünki sovet ideoloqları Katını dünyanın yaddaşından silmək istəyirdilər. Yalnız 1989-cu ildə Mixail Qorbaçov cinayəti etiraf edib Polşadan üzr istədi.
Qəribə bilirsiniz nədir? Nürnberq məhkəməsindəki müttəhimlər deyirdilər ki, biz heç kimi öldürməmişik, biz Almaniyanın sənayesi üçün çalışmışıq. Deməli, həbs düşərgələrinin adını qoyublarmış istehsalat müəssisəsi, insanları kütləvi şəkildə qırılmasına da istehsalat deyirmişlər. Hətta bəziləri buna səmimi şəkildə inanırmış da...
Xocalı cəlladları da eyni sözü deyirdilər. Azərbaycanlılar özləri özlərini qırıb...
Hazırda Haaqa zindanına ömürlük həbsə atılan Serebrenitsa qatili Karaçiç hələ də özünü günahkar saymır...
XXI əsrin ilk soyqırımı baş verib – Allahın və sivil dünyanın gözü qabağında balaca şəhər Buça növbəti vəhşiliyin şahidi olub. Deyirlər, bizim xəbərimiz yoxdur, özləri edib...
Tarix təkrarlandıqca cəlladların söz oyunu davam edir... Allahın və sivil dünyanın gözü qabağında...