“Biz hazırkı məqamda nə Luqansk Xalq Respublikasını (LNR), nə də Donetsk [Xalq] Respublikasını (DNR) tanımırıq”, Tileyberdi deyib.
Lakin o, Qazaxıstanın Qərbin Rusiyaya qarşı Ukraynanı işğal etdiyinə görə sanksiyalarına qoşulmayacağını bildirib.
“Rusiyaya qarşı tətbiq olunan] sanksiyaların iqtisadiyyatımızın inkişafına mənfi təsirlərinin qarşısını almaq və bu sanksiyalardan yan keçmək üçün ərazimizdən istifadə edilməməsi bizim üçün vacibdir”, Tileyberdi deyib.
Qazaxıstanın BMT-nin Rusiyanın Ukraynaya təcavüzünü pisləyən iki qətnaməsi üzrə səsvermədə bitərəf qalması ilə bağlı sualı cavablandıran Tileyberdi “bitərəflik həm də Qazaxıstanın milli maraqlarını nəzərə alınmaqla müəyyən edilmiş bir mövqedir” deyib.
Fevralın 24-də Ukraynaya qarşı hərbi təcavüzə başlamazdan bir neçə gün əvvəl Moskva Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan əraziləri müstəqil respublikalar kimi tanıyıb və Ukraynaya qarşı müharibəsini iki regionu “müdafiə etməklə” əsaslandırıb.
Rusiyanın yaxın müttəfiqi olan Qazaxıstan Moskvanı hərbi müdaxiləyə görə açıq şəkildə tənqid etməyib. Qazaxıstan keçən ay Ukraynaya “Ukrayna, biz sizinləyik” şüarı ilə humanitar yardım göndərib.