Stoltenberq Ukraynadakı qəddarlıqlara görə birbaşa prezident Vladimir Putinin məsuliyyət daşıdığını və Kremlə təzyiqin davam etdirilməsi vacibliyini vurğulayıb. NATO baş katibinin “biz bu münaqişənin Ukrayna sərhədlərini aşmasına icazə verməməliyik” cümləsi də diqqəti cəlb edir. Görünür, baş katib Rusiyanın başqa işğalçı müharibələr də planlaşdırdığına işarə edib. Stoltenberq deyib ki, əgər nüvə gücləri olan NATO və Rusiya üz-üzə gələrsə bu daha dəhşətli müharibə olar, daha çox tələfat olar. Stoltenberq bunları nəzərə alaraq çətin və ağrılı qərarlar verməyə məcbur olduğunu bildirib. Nədir bu çətin qərar? Aydındır ki, söhbət Ukraynanın NATO üzvlüyündən kənarda tutulmasından və Ukraynanın hava sahəsinin qorunmasının imtinasından gedir. Stoltenberqin “çətin qərar” dediyi siyasət minlərlə ukraynalının öldürülməsinin bundan sonra da davamı deməkdir.
Stoltenberq mətbuat konfransında Çinin ünvanına da tənqid səsləndirib. Pekinin Rusiyanın təcavüzünü pisləməkdə istəksizlik nümayiş etdirdiyini deyən NATO baş katibi Çinin xalqların öz yolunu seçməklə bağlı suveren hüququnu şübhə altına almış olduğunu vurğulayıb. Əslində uyğurları zorla düşərgələrə dolduran Çinin belə bir dərdi yoxdur.