Vaxt.Az

Jirinovski öldü


 

Qalmaqallı deputat fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı

Jirinovski öldü Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qalmaqallı açıqlamaları ilə ad çıxarmış siyasətçi Vladimir Jirinovskinin 75 yaşında vəfat etdiyini deyir. O, ultramillətçi Rusiya Liberal Demokratik Partiyasının (LDPR) lideri idi.

Volodin Jirinovskinin uzun çəkən ağır xəstəlikdən öldüyünü təsdiqləyib.

Siyasətçi fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı. Onda COVID-19 və pnevmoniya aşkarlanmışdı. LDPR də Jirinovskinin ölümünü təsdiqləyib.

Qazaxıstanda doğulmuş Jirinovski millətçi, qəribə ritorikası ilə tanınırdı. Məsələn, o, dekabrın sonunda dövlət televiziyasında təklif eləmişdi ki, Rusiya ordusu Yeni ildə Ukraynanı bombalasın.

Yaxud 1990-cı illərdə 2-ci Çeçen müharibəsi vaxtı Çeçenistanda nüvə silahından istifadəni təbliğ edirdi.

Jirinovski Alyaskanı ABŞ-dan güclə geri almağa, keçmiş sovet ölkələri üzərində Moskvanın nəzarətini bərpa etməyə, Qazaxıstanı Rusiyaya birləşdirməyə çağırırdı.

Ötən ilin avqustunda Jirinovski Rusiyanın Qafqaza müharibə ilə getmədiyini, bunu ermənilərin xahiş etdiyini demişdi. O, Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlə demişdi ki, “onda orda diktaturadır, orda müxalif qüvvələri doludur, əgər Bayden istəsə onu iki həftəyə devirərlər. Paşinyanı xilas etdiyimiz kimi onu da yalnız biz xilas edə bilərik...”. XİN Azərbaycan rəhbərliyi barədə bu “qərəzli, təhqiramiz fikirlər”lə bağlı Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinə nota vermiş, “ciddi narahatlıq, etiraz” bildirmişdi.

 





06.04.2022    çap et  çap et