Vaxt.Az

Simvolik jest?!


 

Putinin qızları sanksiya siyahısına salına bilər

Simvolik jest?! Avropa İttifaqı (Aİ) “Sberbank” rəhbəri German Qref, Kremlə yaxın biznesmenlər Oleq Deripaska, Boris Rotenberq, həmçinin Prezident Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsovanı Rusiyaya qarşı sanksiya siyahısına sala bilər. Bu haqda “Financial Times” qəzeti sənəd layihəsinə istinadla xəbər verir.

ABŞ-ın da Putinin qızlarına sanksiyaları nəzərdən keçirdiyi bildirilir.

Putin Tixonova və Vorontsovanın onun qızları olduğunu birbaşa təsdiqləməyib.

Qızlardan yaşca kiçiyi Tixonova “İnnopraktika” fondunun rəhbəridir. O, ötən ilin noyabrında “Texnoloji investisiyalar fondu”nun qeydiyyatı üçün ərizə verib. Fond startaplara sərmayələr üzrə ixtisaslaşacaq.

Tibb elmləri namizədi Vorontsova isə 2011-ci ildə Moskva Dövlət Universitetinin fundamental tibb fakültəsini “müalicə işi” ixtisası üzrə bitirib. 2021-ci ilin aprelində yayılmış məlumata görə, hakimiyyət onun rəhbərliyi altında genetik tədqiqatlara 200 milyard rubldan artıq vəsait ayırır.

“Bloomberg” Putinin qızlarına gözlənən sanksiyaları “simvolik jest” hesab edir, çünki Tixonova və Vorontsovanın Rusiyadan kənarda hansısa aktivləri barədə məlumat yoxdur.

 





06.04.2022    çap et  çap et