Vaxt.Az

Rusiya səfirliyindən ixtisar tələbi


 

Diplomatlarının Avropadan kütləvi qovulması davam edir

Rusiya səfirliyindən ixtisar tələbi Avropa İttifaqı Rusiyanın 19 diplomatını “onların diplomatik statuslarına uyğun olmayan fəaliyyətinə” görə “persona non grata” elan edib.

Rusiya diplomatları ittifaqın əsas strukturlarının yerləşdiyi Belçika ərazisini qısa müddətdə tərk etməlidirlər. Söhbət Rusiyanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin əməkdaşlarından gedir. Bu da xəbər verilir ki, sözü gedən diplomatların ittifaq ərazisindən çıxarılmasına dair qərarı Aİ-nin xarici işlər komissarı Josep Borrel verib.

Bundan əvvəl Rusiya diplomatlarının ölkələrindən çıxarılmasına dair oxşar qərarı Fransa, Niderland, İsveç, Belçika və İspaniya qəbul etmişdilər. Bu ölkələr Rusiya diplomatlarını casusluqda ittiham edirlər.

Latviya XİN aprelin 5-də Rusiyanın Dauqavpils və Liepaedəki konsulluqlarının bağlanmasına göstəriş verib.

Aprelin 5-də eləcə də Sloveniya Rusiyanın ölkədəki diplomatik missiyasının sayca ixtisarını tələb edib.

Rusiyanın 14 diplomatını “persona non grata” elan edən Estoniya Rusiyanın Tartudakı konsulluğunu bağlayıb.

 





06.04.2022    çap et  çap et