Vaxt.Az

Alman kəşfiyyatından mühüm əməliyyat


 

Rusiya hərbçilərinin Buçada mülki əhalinin öldürülməsini müzakirə etdiyi danışıqlar ələ keçirilib

Alman kəşfiyyatından mühüm əməliyyat Almaniyanın “Der Spiegel” saytının bildirdiyinə görə, Almaniya kəşfiyyatı Rusiya hərbçilərinin Buçada dinc əhalinin öldürülməsini müzakirə etdiyi radio mesajlarını ələ keçirib.

Sayt kəşfiyyatın bu barədə məlumatı parlamentə aprelin 6-da verdiyini bildirib. Məlumatda kəşfiyyat xidmətinin əlində rusların qətlə yetirdikləri mülki vətəndaşların cəsədlərinin Buçanın əsas küçəsi boyunca səpələndiyi deyilən radio-mesaj olduğu deyilib.

Mesajların birində hərbçilərdən biri digərinə həmkarları ilə birlikdə velosiped sürən şəxsi güllələdiklərini deyib. “Der Spiegel”in yazdığına görə, başqa bir söhbətdə həmin şəxs deyib ki, Ukrayna əsgərləri əvvəlcə dindirilir, sonra isə güllələnir.

Almaniya kəşfiyyatı hesab edir ki, xüsusi qəddarlıq nümayiş etdirərək, mülki vətəndaşların öldürülməsində əsas rolu Suriyadakı müharibədə iştirak edən Vaqner muzdluları oynayıb.

“Der Spiegel” yazıb ki, Almaniya kəşfiyyatının ələ keçirdiyi səs yazıları sübut edir ki, Buçadakı qırğınlar təsadüfi deyil və bəzi hərbçilərin təşəbbüsü ilə həyata keçirilib. “Ən böyük ehtimal dinc əhalinin öldürülməsində məqsəd mülki vətəndaşları qorxutmaq və müqaviməti yatırmaq üçün edilən “aydın strategiyanın” bir hissəsi ola bilər”, deyə “Der Spiegel” daha sonra qeyd edib.

Dərginin məlumatına görə, başqa yazılar da var, lakin onların dəqiq harada baş verdiyi hələlik bəlli deyil. Jurnalistlər Buçadakı hadisələrin başqa yerlərdə də baş verdiyini iddia edir.

 





07.04.2022    çap et  çap et