“Mən hesab edirəm ki, Ukraynanın təklif etdiyi sövdələşmə ədalətlidir. Siz bizə silah verin, biz canımızı qurban verək. Müharibə Ukraynadadır”, - deyə Kuleba bildirib.
O, bunu Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə NATO-nun xarici işlər nazirləri ilə görüşündən əvvəl deyib. Stoltenberq müttəfiqlərinin Ukraynanın hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar və digər dəstəklərə ehtiyacını müzakirə edəcəyini bildirib.
“Biz nə qədər çox silah alsaq və həmin silahlar Ukraynaya nə qədər tez çatsa, bir o qədər çox insan həyatı xilas ediləcək, bir o qədər çox şəhər və kəndlər dağıdılmayacaq və Buça təkrar olunmayacaq” - deyə, Kuleba qeyd edib.
Kuleba Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını alqışlasa da, Rusiyanın neft və qazına tam embarqo qoyulması, bütün Rusiya banklarının SWIFT bank sistemindən bloklanması, limanların Rusiya gəmiləri və malları üçün bağlanması da daxil olmaqla, əlavə tədbirlərə çağırıb.
“Ümid edirəm ki, bir daha heç vaxt sanksiya təzyiqini gücləndirmək üçün Buçadakı kimi vəhşiliklərin üzə çıxarılması və digər tərəfdaşları heyrətləndirmək və şoka salmaqla “razılaşdıq, yeni sanksiyalar tətbiq edəcəyik” demələri lazım olmayacaq. Yeni sanksiyalar tətbiq edin. Mən inanmıram ki, ukraynalılar sanksiyaların tətbiq edilməsi üçün tərəfdaşlarının siyasi iradəsinə həyatları, cəhənnəmləri və əzabları ilə ödəməlidirlər”, - deyə Kuleba bildirib.
Çərşənbə axşamı Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri Amerikanın sərmayələrinin qadağan etmək, ölkənin ən böyük maliyyə qurumlarını tamamilə bloklamaq və Prezident Vladimir Putinin yetkin uşaqlarının əlində olan aktivləri hədəf almaqla, Rusiyaya qarşı “yeni, sərt və təcili iqtisadi sanksiyalar” tətbiq etdiklərini bildirib.
Ağ Evin bildirdiyinə görə, yeni tədbirlər Buçada aşkar edilənlər də daxil olmaqla, Rusiya qoşunları tərəfindən Ukrayna vətəndaşlarına qarşı törədilmiş vəhşiliklərə görə cəzadır.