«Krım tatarlarına təhlükə yaransa, Türkiyə köməyimizə birinci gələcək». musavat.com-un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu sözləri Krım Tatar Məclisinin keçmiş sədri, Ali Radanın deputatı Mustafa Krımoğlu deyib.Bu gün keçirdiyi brifinqdə o, deyib: «Bir neçə gün öncə mənimlə görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi: «Qəti şübhə eləməyin, Krım tatarlarına təhlükə olarsa, Türkiyə sizin köməyinizə birinci gələcək». Dünən Ankarada Krım-tatar diasporunun mitinqləri keçirilib, bu gün isə İstanbulda və başqa şəhərlərdə mitinqlər olacaq. Onlar tələb edirlər ki, Türkiyə Krım tatarlarına kömək üçün əlindən gələni eləsin».
çap et