Vaxt.Az

“Onlar bizi qorxutmur”


 

İlham Əliyev: “Hakimiyyət gəlmək üçün Qarabağı güzəşt etməyə hazırdır”

“Onlar bizi qorxutmur” “Azərbaycanda elə qüvvələr var ki, hakimiyyətə gəlmək üçün hər cür qrupla əlaqəyə girməyə, onların maraqlarını qorumağa hazırdırlar”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının bu gün keçirilən V qurultayında bildirib. O qeyd edib ki, onlar bu maraqla antimilli qüvvələrə çevriliblər və öz hakimiyyətlərini əldə etmək üçün Azərbaycanın bütün maraqlarını qurban verməyə hazırdır: “Onlar hətta hakimiyyətə gəlmək üçün Dağlıq Qarabağ münaqişəsində də güzəşt etməyə hazırdır”.

İlham Əliyev vurğulayıb ki, bütün bunlara baxmayaraq Azərbaycan iqtidarını bu cür qüvvələr qorxutmur, çünki iqtidar xalqa, xalqın iradəsinə arxalanıb. O qarşıdan gələn seçkilərdə də xalqın iradəsinin nümayiş olunacağını bildirib.
“Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, inkişafdır, müstəqillikdir, sosial rifahdır. YAP qarşısında duran vəzifələr də bundan sonra da uğurla davam edəcək”, deyə prezident bəyan edib.

 





07.06.2013    çap et  çap et