Vaxt.Az

“Bu, onların seçimidir”


 

Lavrov ABŞ və Fransanı Ermənistanın maraqlarını qurban verməkdə ittiham etdi

“Bu, onların seçimidir” Rusiya xarici işlər Naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə ABŞ və Fransanı Minsk qrupunu ləğv etməkdə ittiham edib və bildirib ki, “əgər onlar Qarabağda, ümumiyyətlə Cənubi Qafqazda nizamlanma prosesindəki maraqlarını, bu prosesdə Ermənistan tərəfinin maraqlarını qurban verməyə hazırdılarsa, bu onların seçimidir”.

Moskva bununla Brüssel razılaşmasına, xüsusilə sülh sazişini hazırlanması üzrə danışıqların Aİ-nin dəstəyi ilə ikitərəfli formatda aparılmasına qarşı olduğunu elan edir. Rusiyalı nazirin fikrincə, məqsəd Rusiyanın vasitəçilik roluna alternativin olmasının qarşısını almaqdır. Lavrovun Brüsselə “Azərbaycan və Ermənistan arasında kanal artıq yaradılıb” mesajı da bunu deməyə əsas verir.

“Ermənistanın maraqlarını Rusiya yox, ABŞ və Fransa qurban verir” mesajı da İrəvanı prosesdən kənarlaşdırmağa hesablanıb.

Görünür, Rusiya Brüssel görüşündən razı qalmayan Ermənistan üzərindən razılaşmanın praktiki mərhələdə icrasına imkan verməyəcək və öz vasitəçiliyi üzərində dayanacaq. Lakin bütün hallarda bu, üçtərəfli razılaşmaların – 10 noyabr, 11 yanvar, 26 noyabr – icrasının sürətlənməsini tələb edir. Rusiya öz “hakimliyini” qorumaq istəyirsə, əvvəlcə 10 noyabr razılaşmasının 4-cü bəndini icra etməli - erməni qoşunların Qarabağdan çıxarılması prosesini həyat keçirilməlidir, bu, olmadığı müddətdə digər razılaşmaların icrası çətindir.

 





08.04.2022    çap et  çap et