Vaxt.Az

Bakı cığallığı sevmir


 

“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur

Bakı cığallığı sevmir Minsk Qrupunun dağılması Cənubi Qafqaz üçün yeni çağırışlar yaradacaq. ABŞ və Fransanın Moskva ilə bu formatda əməkdaşlıqdan imtina etməsi barədə Sergey Lavrovun bəyanatı çox ciddi məsələdir.

Azərbaycan Qafqazda həlledici dövlətdir.

1988-ci ildə SSRİ-nin siyasi elitası sovet Azərbaycanının maraqlarını kobud şəkildə tapdalayaraq Dağlıq Qarabağdakı separatçı hərəkatı dəstəklədi. O zaman da dünya həlledici geopolitik dəyişiklər ərəfəsində idi. Pribaltikanın müstəqilliyini elan etməsi ABŞ və Qərbi Avropanın bir nömrəli mövzusuna çevrilmişdi. 

Qorbaçovun Qərblə əl-ələ verərək elan etdiyi “Vankuverdən Vladivostoka qədər” yeni əməkdaşlıq tezisi son nəticədə SSRİ-nin dağılmasına, Dağlıq Qarabağda müharibəyə gətirdi.

Belə görünür ki, Moskva yeni dünya düzəni uğrunda başlanmış savaşda SSRİ-nin Qarabağ səhvini təkrar etmək istəmir.

Minsk Qrupunun dağılması Moskvanın ürəyindəndir. Bu format Rusiyaya Qafqazda tam hərəkət etməyə imkan vermirdi.

Amma burada bir incə məqam var. Regionda ABŞ Gürcüstanın, Fransa Ermənistanın “xaç atası”na çevrilib. Bakı isə Türkiyə ilə müttəfiqliyi Cənubi Qafqazda başlanacaq yeni çağırışlara hazır olduğunu nümayiş etdirir.

Rusiya belə şəraitdə Azərbaycanın strateji maraqlarına dəstək verməyə məcburdur. 44 günlük müharibə ilə Bakı 1991-cı illərdəki inzibati sərhədlərinə çıxıb. “Hər bi yeni, yaxşı unudulmuş köhnədir” aforizmini nəzərə alsaq  burada Moskvanın Qarabağla bağlı siyasi tacirlik cəhdi qaçılmaz görünür.

Azərbaycan geopolitik güclərin enerji arzularını Mərkəzi Asiyaya və Avropaya aparan “Gəncə keçidi” ilə logistik layihələrin mərkəzində durur. 44 günlük savaşdakı qələbə milyardlar gətirəcək geopolitik enerji dəhlizləri üçün yeni fürsətlər açıb.

Moskva bütün bunları çox gözəl anlayır. Odur ki, İrəvandan gələn etiraz çığırtıları Moskvanın vecinə də deyil.

Əsas məsələ Bakı ilə “böyük oyun”da düzgün oynamaqdır. Qalibləri mühakimə etmək isə səfehlik sayılır.

Çox maraqlı dövr gəlir.

 





08.04.2022    çap et  çap et