“Əvvəlki dörd paketlə birlikdə bu sanksiyalar da Kremlə iqtisadi təzyiqi gücləndirəcək, onun Ukraynaya işğalı maliyyələşdirmək qabiliyyətini zəiflədəcək”, – blok aprelin 8-də bəyanatında bildirib.
Aİ Moskvaya qarşı əlavə sanksiyaların hazırlandığını qeyd edib.
***
Yeni sanksiyalar əsasən altı istiqaməti hədəfləyir: Rusiya kömürü, maliyyə tranzaksiyaları, nəqliyyat, Rusiyadan idxal-ixrac, Rusiyanın dövlət kontraktlarından və Avropa fondlarından çıxarılması.
Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayandan ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya iqtisadi, maliyyə və diplomatik sanksiyalar tətbiq edib.
Son sanksiyalar isə Rusiya əsgərlərinin Buçada dinc sakinləri öldürməsi haqda xəbərlər fonunda açıqlanıb.