Vaxt.Az

Putindən sonra Lavrov da ...


 

Ştaynmayer Rusiya prezidenti və XİN rəhbərinin hərbi tribunala çıxarılmasını istədi

Putindən sonra Lavrov da ... Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun məsuliyyətə cəlb olunaraq, hərbi cinayətlər tribunalı qarşısına çıxarılmasına çağırıb.

Ştaynmayer “Der Spiegel”ə verdiyi müsahibədə “Bu cinayətlərə görə məsuliyyət daşıyan hər kəs baş verənləri izah etməli olacaq”, deyib.

“Buraya əsgərlər daxildir. Buraya hərbi komandirlər də daxildir. Və təbii ki, siyasi məsuliyyət daşıyanlar da”, - deyə bildirib.

Ukrayna Rusiyanı soyqırımı və müharibə cinayətlərində ittiham edib. Kreml çərşənbə axşamı bildirib ki, qərbin Rusiya qüvvələrinin Ukraynanın Buça şəhərində mülki vətəndaşların qətl etməsi ilə bağlı iddiaları Rusiya ordusunu gözdən salmaq və yeni sanksiyalarına haqq qazandırmaq məqsədi daşıyan “dəhşətli saxtakarlıqdır”.

Almaniyanın “Der Spiegel” saytının bildirdiyinə görə, Almaniya kəşfiyyatı Rusiya hərbçilərinin Buçada dinc əhalinin öldürülməsini müzakirə etdiyi radio mesajlarını ələ keçirib.

Sayt kəşfiyyatın bu barədə məlumatı parlamentə aprelin 6-da verdiyini bildirib. Məlumatda kəşfiyyat xidmətinin əlində rusların qətlə yetirdikləri mülki vətəndaşların cəsədlərinin Buçanın əsas küçəsi boyunca səpələndiyi deyilən radio-mesaj olduğu deyilib.

Mesajların birində hərbçilərdən biri digərinə həmkarları ilə birlikdə velosiped sürən şəxsi güllələdiklərini deyib. “Der Spiegel”in yazdığına görə, başqa bir söhbətdə həmin şəxs deyib ki, Ukrayna əsgərləri əvvəlcə dindirilir, sonra isə güllələnir.

“Der Spiegel” yazıb ki, Almaniya kəşfiyyatının ələ keçirdiyi səs yazıları göstərir ki, Buçadakı qırğınlar nə təsadüfi deyil, nə də bəzi hərbçilərin təşəbbüsü ilə həyata keçirilib. “Ən böyük ehtimal dinc əhalinin öldürülməsində məqsəd mülki vətəndaşları qorxutmaq və müqaviməti yatırmaq üçün edilən “aydın strategiyanın” bir hissəsi ola bilər”, - deyə “Der Spiegel” daha sonra qeyd edib.

 





08.04.2022    çap et  çap et