Təbii ki, bu, təsadüfi deyil. Özü də bu məqama Azərbaycan da daxil olmaqla dünyanın fərqli ölkələrinin siyasi analitikləri də diqqət ediblər.
Şarl Mişel niyə erməniləri məyus edir? Niyə o, ermənilərin marağını önə çəkməkdə o qədər də istəkli görünmür?
Təbii ki, Şarl Mişel də ermənipərəstdir, türkə qarşıdır. Məsələn, 2020-ci ilin avqustunda Yunanıstan və (yunan hissəsi) Kipr arasında yaşanan münaqişədə o, birmənalı və sərt şəkildə Türkiyəyə qarşı çıxıb. Yunanların müdafiəsinə qalxıb. Ancaq indi Ermənistanı müdafiə edə bilmir. Ən azı açıq şəkildə bunu etməkdən çəkinir. Çünki ortadakı reallıqlar anti-Azərbaycan mövqeyindən çıxış etməyə imkan vermir...
Şarl Mişel maraqlı adamdır. Onun atası Luis Mişel Belçikanın naziri olub. Avropanın müxtəlif təşkilatlarında yüksək vəzifələrdə çalışıb. Şarl Mişel 18 yaşında Vallonskiy Brabant (Walloon Brabant) əyalətinin deputatı seçilib. 25 yaşında isə o, həmin əyalətinin naziri idi. Bu yaşda nazir olmaqla o, Belçika tarixinə düşüb...
Şarl Mişel Amelie Derbaudrenghien adlı xanımla qeyri-rəsmi şəkildə evlidir. Onların iki uşağı var. O da bəllidir ki, onlar evliliklərin rəsmiləşdirmək istəyiblər. Ancaq COVİD-19 pandemiyası izdivacın başa tutmasına imkan verməyib. Buna baxmayaraq Amelie Derbaudrenghien Avropa Şurasının rəsmən birinci ledisi hesab olunur...
Şarl Mişelin başqa bir evlilikdən də bir oğlu var...