O, «nurçu» adlandırılanların siyahısına diqqət yetirməyi məsləhət görür: «Zakir Həsənov, Elmar Məmmədyarov, Elnur Aslanlı, Fərhad Məmmədov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov və s. Bir sözlə, hədəfə Azərbaycanda müsbət imicə malik kəslər anılıb. Amma keçməz. Sizlərin bu çirkin böhtan və iftira kampaniyanız bumeranq təki özünüzə qarşı çevriləcək. Və əgər nurçuluq millətə və dövlətə vicdanla çalışmağa, xidmət etməyə deyilirsə... Onda bu gündən mən də nurçuyam».