Vaxt.Az

Sanksiya Rusiya KİV-lərini vurdu


 

Hədəfdə baş redaktorlar və holdinq prezidentləridir

Sanksiya Rusiya KİV-lərini vurdu Avropa İttifaqı Rusiyanın bir sıra media rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyev, “Moskovski Komsomolets”in baş redaktoru Pavel Qusev və TASS-ın baş direktoru Sergey Mixaylov məhdudiyyətlərə məruz qalıblar.

Bundan əlavə, Sankt-Peterburq telekanalının baş direktoru Aleksandr Malkeviç və “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, “Krasnaya Zvezda” media holdinqinin prezidenti Aleksey Pimanov və “Komsomolskaya Pravda” media qrupunun baş redaktoru və baş direktoru Vladimir Sunqorkinə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, sanksiyalara Aİ-dəki aktivlərin dondurulması və təşkilata üzv ölkələrinə giriş qadağası daxildir.

 





10.04.2022    çap et  çap et