25 yaşlı oğlan (kimliyi hələ məlum deyil) özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb.
Onun sağ qolu amputasiya olunub.
Bakı Metropolitenindən bildirilib ki,
«Ulduz» stansiyasında bir nəfər özünü «Nərimanov» stansiyasından gələn qatarın
altına atıb.
Bu səbəbdən elektrik cərəyanı ayrılıb,
qatarların fəaliyyətində fasilə yaranıb.
Metropolitendən o da bildirilib ki, özünün qatarın altına atan şəxs xilas edilib.