Vaxt.Az

Rusiya defolt elan etdi


 

Ağır sanksiyalar ilkin real nəticəsini verdi

Rusiya defolt elan etdi Rusiya xarici borcu ilə bağlı defolt elan etdi. “Standard & Poor's” agentliyi belə məlumat yayıb. Bu nə deməkdir?

Defolt - borclunun borcun ödənilməsi ilə bağlı öhdəlikləri icra etməməsidir.

Həm əsas borc məbləği, həm də faizlər üzrə.

Fiziki şəxsin və ya şirkətin defolt elan etməsindən sonra onun iflas proseduru başlayır, borcun qismən və ya tam silinməsi, yaxud qaytarılması prosedurlarına start verilir.

Dövlət isə daxili və xarici kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilməyəndə defolt yaranır.

Dövlətin defolt olması onun kredit reytinqini aşağı salır, ölkə yeni kreditlər ala bilmir və nəticədə iqtisadiyyata kənar kapitalın yatırılmaması inkişafı dayandırır.

Hazırda Rusiyanın dövlət borcu 20,9 trilyon rubl və ya ölkənin ümumdaxili məhsulunun 18,1 faizini təşkil edir. Valyutada isə xarici borc 478,2 milyard dollardır.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ağır sanksiyalar ilkin real nəticəsini verdi.

Rusiya iqtisadiyyatını daha ağır günlər gözləyir.

 





11.04.2022    çap et  çap et