Əlbəttə, erməni erməni olmazdı, əgər Bibliyayada öz interpretasiyası (təfsiri) ilə erməni tapmasaydı. İş orasındadır ki, Bibliyada “Ararat dağları”ndan bəhs edilir. Təfsirçilərin əksəriyyəti söhbətin Urartudan - Assuriyanın şimalındakı ərazidən getdiyi məsələsində həmfikirdir. Nuhun gəmisi, Müqəddəs Kitaba görə, məhz Urartudakı dağların birində (Yaradılış 8:4) quruya oturub. Ermənilər sevincək olub deyir ki, “budur, bizim də adımız hallanır, biz də varıq”. Maraqlıdır, görəsən özlərinə gülməli gəlmirmi, ərazi adının onlar olduğunu iddia etmək? 70 xalqın adı açıq-aydın yazıldığı halda, sizi nəzərdə tutmaq istəyən Tanrı nə üçün xalqın adının yerinə, onun yaşadığı ərazinin adını çəksin? Tanrıya “hay”, “erməni” demək beləmi çətindir?
İndi isə diqqət! Nəinki dünya tarixçiləri, hətta ermənilərin özü də Urartunun bir erməni ölkəsi olduğunu deməyə, yazmağa cəsarət etmirlər. “Urartu Ermənistandır (Hayastandır)” deyən bir-iki erməni “tarixçisi” erməni mütəxəssislərin özləri tərəfindən belə, saxtakar adlandırılır. İnternet doludur onları təkzib edən erməni tarixçilərinin məqalələri ilə - “Bizi dünyada biabır etməyin, Urartunun Ermənistana dəxli yoxdur...”
Beləliklə, sıradan qədimliyə yox, lap dərin qədimliyə, qədimdən qədim qədimliyə, hiper qədimliyə, imkansız qədimliyə, misli görülməmiş qədimliyə və nəhayət, qədimlik anlayışının özündən də qədim qədimliyə iddia edən ermənilər, “Bibliya”da 70 xalqın, hətta “məğribdən məşriqə” qədər istənilən torpaq parçasında, istənilən ərazidə yaşayan ən azsaylı xalqın belə, adının keçməsinə, onların adının isə hallanmamasına çox qəzəblidirlər. Mümkün deyil ki, “Bibliya”nın çoxsaylı müəlliflərindən heç olmasa, biri erməniləri xatırlamayaydı. Mümkün deyil. Əsla.
Ermənilərin qədimlik mifini, “5 min illik tariximiz var” yalanını “Bibliya” ifşa edir. Necə də ironik.