Consonun ofisi aprelin 9-da deyib ki, baş nazir “Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək üçün” Kiyevə səfər edir və o “Birləşmiş Krallığın Ukraynaya uzun-müddətli dəstəyini müzakirə edəcək.”
Douninq Strit bildirib ki, Conson görüş zamanı Ukraynanı əlavə 120 zirehli maşınla və yeni gəmi əleyhinə raketlə təmin etməyi vəd edib və Kiyev ordusunun və mülki müdafiəçilərinin sərgilədikləri performansı tərifləyib.
“Putinin dəhşətli məqsədləri prezident Zelenskinin qətiyyətli rəhbərliyi və Ukrayna xalqının yenilməz qəhrəmanlığı və cəsarətinə görə puç olur”, Boris Consonun ofisi onun Zelenski ilə görüşündən sonra bildirdiyini deyib.
“Ukrayna çoxlarının qeyri-mümkün hesab etdiyi bir şeyi bacardı və Rusiya qüvvələrini Kiyevdən uzaqlaşdırdı”, Conson deyib.
Consonun əvvəldən elan olunmayan səfəri Rusiya qüvvələrinin paytaxt ətrafındakı bölgələrdən geri çəkilməsindən sonra Avropa rəsmilərinin Ukraynaya səfərləri arasında ən yüksək profilli səfərdir.
Aprelin 9-da həmçinin Avstriya kansleri Karl Nehammer də Kiyevdə Zelenski ilə görüşüb. Bundan bir gün öncə isə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin xarici siyasət idarəsinin başçısı Cozep Boreel Ukrayna paytaxtına səfər edib.
Ukrayna prezidentinin yardımçısı Andrey Sibiha “Facebook”da iki liderin birgə fotosunu paylaşıb.
“Boris Consonun Kiyevə səfəri Prezident Zelenski ilə üzbəüz görüşlə başladı”, Sibiha deyib.
“Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi baxımından liderdir. Müharibə əleyhinə koalisiyada liderdir. Rusiya təcavüzkarına qarşı sanksiyalarda liderdir”.
Conson fevralın 24-də Ukraynaya əsassız hərbi müdaxiləsindən bəri və Moskva qüvvələrinin mülki vətəndaşlara qarşı ölümcül hücumları zamanı iddia olunana mümkün müharibə cinayətlərindən sonra Rusiyaya qarşı sərt mövqe sərgiləyib.
Rusiya qüvvələri Ukrayna qüvvələri və mülki vətəndaşları tərəfindən gözlənildiyindən daha güclü müqavimətlə üzləşiblər və onları Kiyev regionundan geri çəkilməyə məcbur ediblər.
Ekspertlər deyir ki, Moskva hücumunu Rusiya və ya Kremlin dəstəklədiyi qüvvələrin 2014-cü ildən bəri əraziyə nəzarət etdiyi Ukraynanın şərq və cənub regionlarına yönəltməyi planlaşdırır.