Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kerri Lavrovla Paris görüşlərinin yekunu barədə məlumat verərkən deyib. Onun sözlərinə görə, Ukrayna böhranın diplomatik yollarla həlli istiqamətində danışıqlar davam edəcək və bu gün növbəti görüş Romada olacaq:
«Biz Rusiya və Ukrayna ilə razılığa gəlmişik ki, böhranın həll olunması istiqamətində diskussiyaları davam etdirək. Böhranın aradan qalxması, normallaşdırılması istiqamətində hansı yardımları edə bilərik. Bütün tərəflər problemin dialoq yolu ilə həllinə nail olmaq istəyir».