Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva raket kreyserində yanğın sursatın partlamasına səbəb olub, “İnterfax” xəbər agentliyi bildirib.
Nazirlik yanğının səbəbini açıqlamayıb. Amma Qara dəniz sahilindəki Odessa vilayətinin qubernatoru Maksim Marçenko kreyserin Ukrayna istehsalı iki Neptun gəmi əleyhinə qanadlı raketlə vurulduğunu deyib.
“Qara dəniz qoruyan Neptun raketləri çox ağır ziyan törədib”, – o, Telegram postunda yazıb.
Ukrayna müdafiə nazirliyi, hələlik, məsələni şərh etməyib.
Müharibənin əvvəlində “Moskva” gəmisindən strateji İlan adasındakı Ukrayna sərhədçilərinə təslim olmaq çağırış edilmişdi. Amma onlar imtina etmişdilər.
Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan artıq ikinci böyük gəmisinə ziyan dəyir. Ötən ay Ukrayna Azov dənizində Orsk desant gəmisini məhv etdiyini bildirmişdi.