Bu testin nəticəsi bu gün bəlli oldu. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qısa zamanda həyata keçirdiyi araşdırma nəticəsində bu cinayətin üstü açılıb.
Əslində, söhbət yalnız bu mənzillərdən, onların qanunsuz satılmasından və hansısa aztəminatlı vətəndaşımızın haqqına girilməsindən getmir. Məsələnin məğzi bütövlükdə dövlətə etimaddadır. Xüsusilə aztəminatlı təbəqələr tərəfindən. Korrupsiya bizdə artıq çoxdan dövlət təhlükəsizliyi məsələsidir. Korrupsiyanı boğa bilməsək, dövlətçiliyimizin özü təhlükə altında olacaq. Bu baxımdan DTX-nin çevik əməliyyatları təqdirəlayiqdir.
Prinsipcə, son dövrdə korrupsiyaya qarşı real mübarizə aparan yalnız DTX-dir. Digərlərinin isə işi görünmür. Ümumiyyətlə, eyni fəaliyyətin bir neçə qurumun təkrarlaması yaxşı hal deyil. Bütün səlahiyyətlər bir qurumun əlində olanda, həm iş gedir, həm də bütün məsuliyyət onun üzərində olur.
Ümid edirəm ki, nə vaxtsa korrupsiya Azərbaycanda dövlət təhlükəsizliyi məsələsi olmayacaq. Amma buna yəqin ki, hələ çox var...