Vaxt.Az

Təxliyə üçün razılıq var


 

Doqquz humanitar dəhlizin açılması gözlənilir

Təxliyə üçün razılıq var Mariupol şəhərində ağır döyüşlərin getdiyi, Rusiya qüvvələrinin bu strateji şəhərə tam nəzarət etməyə çalışdığı xəbərləri gəlir. Ukrayna baş nazirinin müavini İrina Vereşuk bildirib ki, mühasirədə olan Mariupol liman şəhəri da daxil olmaqla, dinc əhalinin təxliyəsi üçün bir neçə şəhərdən 9 humanitar dəhlizin açılması ilə bağlı Rusiya ilə razılıq əldə edilib.

Vereşuk “Telegram” kanalında yayımladığı bəyanatda aprelin 14-nə olan təxliyə marşrutlarının bir hissəsinin Berdyansk, Tokmak və Enerhodar, digər hissəsinin isə şərqdəki Luqansk bölgəsində açılaçağını yazıb. O həmin dəhluzlərin yalnız işğalçı Rusiya qüvvələrinin atəşi dayandırdığı təqdirdə fəaliyyət göstərəcəyini bildirib.

Ukrayna Mariupolda on minlərlə insanın öldürüldüyünə inandığını bildirir və Rusiyanı həftələrdir şəhərdə qapalı qalan mülki vətəndaşlara yardım çaydırmağa çalışan yardım karvanlarına mane olmaqda günahlandırır.

Ukrayna hakimiyyəti ölkənin şərqin yaşayan mülki əhalini Rusiya qüvvələrinin gözlənilən hücumundan əvvəl bölgəni tərk etməyə çağırıb.

Aprelin 8-də Donetsk vilayətinin Kramatorsk şəhərinin qatar stansiyasına edilən raket hücumu mülki əhalinin qaçması çağırışları daha böyük aktuallaşdırıb. Hücum vaxtı vağzal döyüş zonasından çıxmağa çalışan qadın, uşaq və yaşlılarla dolu idi. Dəmiryolu vağzalına raket zərbəsi onlarla insanın həyatına son qoyub. 

Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı səbəbsiz müharibə bu ölkənin 44 milyonluq əhalisinin təxminən dörddə birini evindən didərgin salıb, minlərlə insan öldürülüb, yaxud yaralanıb, şəhərlər dağıdılıb.

 





15.04.2022    çap et  çap et