Vaxt.Az

««Xəzər Lənkəran»da məni aldatdılar»


 

Mübariz Mənsimovun klubuyla bağlı ikinci beynəlxalq skandal

««Xəzər Lənkəran»da məni aldatdılar» «Xəzər Lənkəran»dan qovulan ispaniyalı qapıçı Toni Doblas artıq İtaliyanın «Napoli» klubu ilə münasibətlərini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, ispan qolkiper İtaliyaya getdikdən sonra da açıqlamalarında Azərbaycan və keçmiş komandası haqqında danışmağı unutmur.

«Mənə Azərbaycandan yaxşı təklif var idi. Buna görə də «Xəzər Lənkəran»a getdim. Amma orada məni aldatdılar. Maliyyə məsələlərində, maaşların ödənilməsində problemlər yaşayırdıq. Bu üzdən klubdan ayrıldım. İndi isə bunlar vecimə deyil. Mən artıq «Napoli»dəyəm. Buna görə Rafael Benitesə təşəkkür edirəm».

Qeyd edək ki, bir neçə gün əvvəl İspaniyalı futbolçular Mario Rosası və Daniel Martinin meneceri Toni Kruea Türkiyə mediasına Cənub klubuyla bağlı açıqlama vermişdi. Menecer Avropa və İspaniyada «Xəzər Lənkəran»ın imicinin aşağı olduğunu bildirmiş, klubun 2-ci vitse prezidenti Tuqay Nadirovu saxtakar və qeyri professional adlandırmış və onları aldatdığını dönə-dönə qeyd etmişdi.

 





06.03.2014    çap et  çap et