Dünyada ən güclü hesab olunan “MQ-9 Reaper” dronun parametrləri “Bayraktar TB2”dən kəskin fərqlənir.
Onun uçuş məsafəsinin 1500-2500 km olduğu, daha ağır və daha güclü raketlərlə təmin olunduğu bildirilir.
Parametrlərinə diqqət yetirdikdə görmək olar ki, əgər bu silahı Ukrayna əldə edə bilsə Rusiya ordusunu tam fəlakət gözləyir.
Yəni bu o demək ki, Ukrayna ordusu elə Kiyevdə, Lvovda oturub Moskvaya rahatca zərbə endirə bilər.
Güman etmək olar ki, Rusiyanın son günlərdə NATO ölkələrinin Ukraynaya silah verilməsi ilə ultimatumları məhz “MQ-9 Reaper” dronu ilə bağlı olub.
Ləqəbi – “Əzrayıl”
İdarəetmə 2 nəfər
Uzunluq – 11 m
Hündürlüyü - 3.81 m
Qanad eni – 20 m
Boş ağırlığı – 2,223 kq
Maksimum yükgötürmə qabiliyyəti - 4,760 kq
Yanacaq həcmi – 1,800 kq
Motor – Honeywell TPE331–10 Turbopərvanə, 671 KVatt, Digital Elektron Motor Nəzarəti ilə bərabər.
Maksimal sürət – 482 km/saat
Kreyser sürəti – 313 km/saat
Vurma dəqiqliyi – 1,852 km
Havada qalma müddəti – 14 saat (tam yüklü vəziyyətdə)
Qalxma hündürlüyü - 15,240 m
Əməliyyat hündürlüyü – 7,5 km
İstehsalçı – ABŞ Hərbi Hava Qüvvələri
Cəmi istehsal – 104 ədəd
Qiyməti ¬ 30 milyon dollar
ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Niderland ordusunun istismarında var.