Vaxt.Az

...Güney Azərbaycanda iş yerləri bağlanılır


 

Ramazan qaydalarına riayət etmədiyi üçün ...

...Güney Azərbaycanda iş yerləri bağlanılır İran xəbər agentliklərinə istinadən, Şərqi Azərbaycan vilayətində Ramazan ayının qaydalarına riayət etməyən bir çox iş yeri möhürlənib. Bəzi iş yerlərinə isə xəbərdarlıq məktubu göndərilib.

Rəsmi “İRİB News” agentliyi bu iş yerlərinin Ramazan ayında iş yerlərinə nəzarət və monitorinq layihəsinin tətbiqi çərçivəsində qapadıldığını yazıb.

Marağa polis komandiri polkovnik Tovhid Farsi şəhərdə 8 iş yerinin möhürləndiyini bildirib.

“Bu məkanlar mübarək Ramazan ayında icazəsiz fəaliyyət və qaydalara riayət etməmək səbəbilə möhürlənib,” polkovnik Farsi deyib. O, həmçinin Marağa şəhərində 18 iş yerinə xəbərdalıq məktubu göndərildiyini açıqlayıb.

İSNA xəbər agentliyinə istinadən, polisin ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) məmurları Ramazan ayında restoranlar, yeməkxanalar, yolkənarı komplekslər, çayxanalar və kafeləri təftiş edir.

 





15.04.2022    çap et  çap et