Alman əsgərlərinin təchizatında elə müasir şeylərlə rastlaşırdı ki yerli xalqlar, iyirmi il də keçəcəkdi onu görməyəcəkdilər, təbii, bütün bunlar dərhal şüurlarda fərqli təmayüllər yaradırdı insanlarda yaşadıqları meşşan, amansız, vəhşi quruluşa qarşı. Tehranda Ruzvelt, Çörçil və Stalin görüşəndə, Sovet ordusu hələ Ukraynanın Zaporojye şəhərini geri ala bilmirdi, cəbhənin digər bir ucu isə Belarus bataqlıqlarına qədər uzanırdı, bunun hələ Polşası, Pribaltikası da vardı. Vəziyyət kritik idi. Hər şey tükənmək üzrə idi. Almanlar isə tam təchizat orduya sahib idilər. Təsəvvür edin, bütün Avropanı işğal edib, orada texnika, canlı qüvvə, bürokratiya saxlamaqla yanaşı, ən iri qoşun növləri də Sovet torpaqlarında dirənmişdi. İndi də düşünəndə, adamın ağlı başından çıxır ki, axı Hitler bunu necə bacarmışdı. Təkbaşına miqyası, uzunluğu on min kilometrlərlə ölçülən cəbhədə vuruşmaq hər ölkənin başı üçün deyildi ki, almanlar bunu bacarırdı. Həm quruda, həm havada, həm də dənizlərdə bunu bacaran Hitler ordusu bu gün də öz əzəmətinə görə təəccübləndirir. Açıb kitabları oxusanız, sizi də heyrət götürəcək. İstər səliqəli, yaraşıqlı hərbi zabit və əsgər uniformaları olsun, istər kibrit qutusuna, ayaqqabı mazına qədər tam təchizat təminatları olsun, şəxsən məndə indi də heyrət doğurur II Cahan Savaşının alman ordusu. Gələk 1943-cü ildə dünya liderlərinin müharibənin gedişatını dəyişdirən o məşhur görüşünə. Məhz Tehranda qərarı verilən ikinci cəbhə Hitlerin ordusunun belini qıran hadisə oldu. Buna baxmayaraq, Hitler ordusu hələ il yarım bu gücün qarşısında dirənəcəkdi. İndi də Putin Rusiyası həmin missiyanı, daha doğrusu, yanlışı təkrarlamaqda, "vo bank"a getməkdədir.
İkinci cəbhəni xatırlatmaqda məqsədim odur deyim ki, ruslar elə o vaxt da məğlub idilər, sadəcə onlara əl uzadıb ayağa qaldıran ABŞ və Britaniyaya sonradan kəllə atdı Stalin Rusiyası. Təbii, ingilislər bunu unutmadı və Sovet İttifaqını dağıtdılar, indi də sovetləşmək sevdasına düşən müasir Rusiya isteblişmentinə tarixi başa salırlar..
Yəni, bu gün həmin ABŞ və Britaniya eyni ikinci, üçüncü, Allah bilir, daha neçənci cəbhəni Putin ordusuna qarşı açıb, açacaq, ta ki Putin təslim olana qədər. Şansı varmı Putinin? Zərrə qədər yoxdur! Sadəcə vaxt uzanır, ancaq qələbə haradadır, kimin tərəfindədir, bəllidir. Unutmayaq ki, qoca Britaniya sonunda qələbə görmədiyi heç bir savaşa bu qədər resurs sərf etməz, qeyrət göstərməz, pul xərcləməz. İngilislər pullarını sevən millətdirlər, boşuna da pul xərcləməzlər. Uzun sözün qısası, biz istəsək də, istəməsək də, bəyənsək də, bəyənməsək də, pişik olub divara dırmaşsaq da, müharibələri başladan və bitirən GÜC, təbii, nə Rusiyadır, nə də Putin. Bunu artıq başa düşmək, dərk eləmək lazımdır..
Demokratik seçkilər keçirib ölkədə normal, hər kəsin razı qala biləcəyi, Əliyevin təbirincə desək, LƏYAQƏTLİ, hüquqi, ədalətli, firavan DÜZƏN, MÜHİT, ÖLKƏ yaratmaq lazımdır! Son abzasın yuxarıdakı məsələyə dəxli olmasa da, hər şey ona doğru gedir..