“Kommersant” yazır ki, komponentlərin ehtiyatları bir neçə ay davam edəcək. Nəşr yazır ki, indi Rusiya şirkətləri Çin və Türkiyədə aktiv şəkildə alternativ təchizatçılar axtarışındadır.
Ekspertlər hesab edirlər ki, bu, bahalaşmaya səbəb ola bilər. Milli Çörək İstehsalat Birliyinin sədri Rüstəm Aydiyev deyir ki, çörəkbişirənlərin Avropa avadanlıqlarından asılılığı iri şəhərlərdə 80-90, bölgələrdə isə 50-70 faizə çatır.
Onun sözlərinə görə, avadanlıqlar üçün sərf olunan material ehtiyatı bir neçə ay davam edəcək. O , həm də əlavə edir ki, avadanlıqlarda müxtəlif elektronika və sensorları əvəz etmək demək olar ki, mümkünsüz olacaq.
Rüstəm Aidiyev hesab edir ki, Avropa komponentlərinin tədarükçüləri ilə işi davam etdirmək mümkün deyil.
“Az adamlar ikinci dərəcəli sanksiyalardan qorxaraq üçüncü ölkələr vasitəsilə reeksportla məşğul olmağa razılaşacaqlar.
Çörəkçilər və Şirniyyatçılar İttifaqının vitse-prezidenti Yuri Katsnelson hesab edir ki, Rusiya hakimiyyətinin əks-sanksiya kimi leqallaşdırdığı paralel idxal bu vəziyyətdən çıxış yolu ola bilər - söhbət onun icazəsi olmadan məhsulların idxalından gedir. O da hesab edir ki, bu, istehsalçıların məhsulun son qiymətinə daxil edəcəyi xərclərin artmasına səbəb olacaq.