Bunun nə dərəcədə mümkün ola bilməsinə baxaq. Hazırda ÜDM 92,7 milyard manat, Xarici Dövlət Borcu isə 13,8 milyard manatdır. Bu isə 14,9 faiz deməkdir.
ÜDM-in artım tempinin analoji davamını nəzərə alsaq ən yaxşı halda 1 ilə, ən pis halda isə 3 ilə bu göstəricini 10 faiz faizə salmaq olar. Belə ki, bu ilin I rübündə ÜDM 6,8 faiz artıb. Bu artım tempinin bir az da sürətlənməsi Azərbaycanda ÜDM-in bir il ərzində 100 milyard manata çatması deməkdir. Xarici Dövlət Borcunun isə 3,8 milyard manat azaldılması ölkə başçısının tapşırığının yerinə yetirilməsi deməkdir (100 və 10). Ortalama yanaşma ilə 1,5 -2 il ərzində bu 10 faiz nəticəyə çatmaq daha real görünür.