Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla Fransa prezidenti Fransua Olland bu gün Brüsseldə Avropa İttifaqının təcili sammitindən öncə çıxış edib.
Bu gün Brüsseldə Aİ ölkələri krımda yaranmış son durumu və Rusiyanın yarımadada həyata keçirdiyi eskalasiya siyasətinə cavab addımlar müzakirə olunacaq.
Fransa prezidenti deyib ki, əgər Avropa bir olacaqsa, o zaman nəyəsə nail ola biləcəyik: «Biz gərək bu toplantıdan elə bir qərarla çıxaq ki, Rusiyaya ediləcək təzyiqlə yaranmış gərginliyi azaldaq».