Prezident Vladimir Zelenski şənbə günü gecə çıxışında deyib: “Mariupolda vəziyyət ağır olaraq qalır. Sadəcə qeyri-insani... Rusiya qəsdən Mariupolda olan hər kəsi məhv etməyə çalışır”.
Mariupolun ələ keçirilməsi Rusiyanın fevralın 24-də Ukraynanı işğal etməsindən sonra Rusiyanın Ukraynanın böyük bir şəhərini ələ keçirməsi olacaq.
Zelenski şənbə günü Britaniya və İsveçin baş nazirləri ilə Mariupoldakı vəziyyət, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, Ukraynaya müdafiə və dəstək barədə danışdığını deyib.
Rusiya Ukraynanın bir neçə məntəqəsinə raket hücumlarını, eləcə də digər şəhərləri atəşə tutan hücumları bərpa edib.
Şənbə günü Xarkovda baş verən partlayışda məşhur aşpaz Xose Andresin “World Central Kitchen” tərəfindən qurulan və müharibənin getdiyi Ukraynanın müxtəlif yerlərində və qonşu ölkələrdə insanları qidalandıran icma mətbəxi dağılıb.