Baş nazir Denis Şmıhal ABC-nin “Bu həftə” proqramına Rusiyanın mühasirəyə alınmış liman şəhərində saxladığı ukraynalı döyüşçülərin silahlarını təhvil verməsi üçün verdiyi müddətin bitməsindən saatlar sonra deyib: “Şəhər hələ də yıxılmayıb. Hərbi qüvvələrimiz, əsgərlərimiz hələ də ordadır. Deməli, onlar sona qədər döyüşəcəklər”.
Rusiya prezidenti Vladimir Putinin Moskvanın müharibədə qalib gəldiyinə inandığına dair xəbərlər barədə suala cavabında Şmıhal qeyd edib ki, bir neçə şəhər mühasirədə olsa da, cənubda yalnız Xerson Rusiyanın nəzarətinə keçib.
“900-dən çox şəhər, qəsəbə və kənd... Rusiya işğalından azad edilib” deyən Şmıhal Ukraynanın şərqi Donbas bölgəsində təslim olmaq niyyətində olmadığını bildirib.
Şmıhal bazar günü deyib ki, Ukrayna “mümkünsə” diplomatik həll istəyir. “Ölkəmizi, ailəmizi, torpağımızı tərk etməyəcəyik”, – deyə o əlavə edib.