Vaxt.Az

Mariupol Rusiya üçün niyə belə vacibdir?


 

Krım və Donbas arasında quru dəhliz, təbliğat aləti ...

Mariupol Rusiya üçün niyə belə vacibdir? Rusiya qoşunlarının altı həftədən çox davam edən şiddətli hücumundan sonra liman şəhəri olan Mariupolu Rusiyanın tam ələ keçirməyə yaxın olduğuna dair işarələr artır.

Martın əvvəlində Rusiya qoşunları şəhəri mühasirəyə almağa başlayandan bəri Mariupolda minlərlə insan həlak olub.

Bəs Mariupol Rusiyanın planlarında niyə bu qədər vacib yer tutur?

Təhlükəsizlik üzrə jurnalist Frank Qardner səbəbləri açıqlayıb.

***

Coğrafi baxımdan Mariupol xəritədə yalnız kiçik bir ərazini tutur, lakin o, Krım yarımadasında mənzillənən Rusiya qüvvələrinin yolunu kəsir.

Şəhərin nəzarətə alınması Moskvaya Rusiyadan Krıma quru yolla dəhliz yaratmağa imkan verəcək və bu, böyük hərbi-strateji uğur sayılacaq.

***

Mariupol Azov dənizi regionunun ən böyük limanıdır və burada iri dəmir-polad kombinatı yerləşir.

O, həm də Ukraynanın polad, kömür və qarğıdalı məhsulu üçün əsas ixrac qovşağı idi.

Mariupolu itirmək Ukrayna iqtisadiyyatı üçün böyük zərbə demək olacaq.

***

Mariupolda Azov Briqadası adlı Ukrayna silahlı bölməsi yerləşir. Bu bölmədə ifrat millətçilər döyüşür.

Onlar Ukraynanın döyüşən qüvvələrinin yalnız bir hissəsini təşkil etsələr də, bu, Moskva üçün faydalı təbliğat vasitəsinə çevrilib.

Əgər Rusiya Azov Briqadasının kifayət sayda üzvünü diri ələ keçirə bilsə, Moskva Ukrayna hökumətini gözdən salmaq üçün Rusiya dövlət mediasında onlardan istifadə edə bilər.

***

Prezident Vladimir Putin Ukraynanın Qara dəniz regionunu Novorossiya (Yeni Rusiya) deyilən bir məkana aid edir. Həmin bu torpaqlar 18-ci əsrdə Rusiya İmperiyasının nəzarətində olub.

Putin bu konsepsiyanı canlandırmaq istəyir, çünki hesab edir ki, o, "rusları Kiyevdəki qərbyönlü hökumətin zülmündən xilas edir".

Mariupol isə hazırda onun bu məqsədinə çatmasının qarşısını alır. (BBC)

 





18.04.2022    çap et  çap et