Hulusi Akar nazirliyin vebsaytında yerləşdirilmiş videoda deyir ki, Türkiyə təyyarələri və artilleriyası Kürdüstan Fəhlə Partiyasına (PKK) məxsus hədəfləri vurur. Xüsusi təyinatlılar isə vertolyot və dronların müşayiətilə qonşu regiona keçiblər.
Akar təyyarələrin PKK-ya məxsus sığınacaqları, bunkerləri, mağaraları, tunel və sursat depolarını, eləcə də qərargahlara “uğurlu” zərbələr endirdiyini bildirib.
O, əməliyyata cəlb olunmuş əsgər və təyyarə sayı haqda açıqlama verməyib.
İraqın şimalında bazaları olan, oradan Türkiyəyə hücumlar edən kürd silahlı qruplaşması, hələlik, açıqlama verməyib.
Son onillər ərzində Türkiyə qüvvələri PKK-ya qarşı sərhədin o tayında saysız hava və quru əməliyyatları həyata keçirib. Müdafiə naziri son hücumun İranın şimalındakı Metina, Zap, Avaşin-Basyan regionlarını əhatələdiyini söyləyib.
PKK 1984-cü ildə Türkiyənin əsasən kürdlər yaşayan cənub-şərq regionunda baş qaldırandan onminlərlə insan öldürülüb. PKK ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.